Ufuk Budakın komandası darmadağın oldu
20.04.2015 - 08:00
Ufuk Budakın komandası darmadağın oldu

Azərbaycan yığmasının sabiq futbolçusu Ufuk Budak Türkiyə çempionatının I liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Qaziantep BB”də çıxış edən təmsilçimiz XXVIII turun “Samsunspor”la qarşılaşmasında forma geyib.

 

Görüş Budak üçün uğursuz alınıb. O, komandasının 0:3 hesabı ilə uduzduğu matça start heyətində başlasa da, artıq 16-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 28 oyunda 38 xal toplayan qazianteplilər 10-cu pillədə qərarlaşıb.