Ukrayna – ABŞ matçı baş tutacaqmı?
04.03.2014 - 13:00
Futbol üzrə Ukrayna və ABŞ milli komandalarının görüşü baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Konkov açıqlama verib.
FİFA-nın təqviminə əsasən, Ukrayna və ABŞ milliləri sabah Xarkov şəhərində yoldaşlıq matçı çərçivəsində üz-üzə gəlməliydilər. Lakin Ukraynada yaşanan olaylar səbəbi ilə görüşün Kiprdə keçirilməsinə qərar verilmişdi.
İCTV-də yayımlanan "Svoboda slova" proqramında qonaq olan Konkov isə bildirib ki, qarşılaşma baş tutmayacaq: “Ölkədə bu cür gərgin vəziyyət olduğu halda, hansı futboldan söhbət gedə bilər? Komanda Kiprə uçmayacaq və ABŞ-la görüş baş tutmayacaq. Bu federasiyanın, məşqçilər korpusunun və futbolçuların qərarıdır. Biz öz ölkəmizdə, öz evimizdə oynamaq istəyirik”.
Bu arada, ABŞ Futbol Federasiyasının “twitter” hesabında matçın keçiriləcəyinə dair açıqlama yerləşdirilib: “Ukrayna Futbol Federasiyası milli komandalarının təqvimə uyğun olaraq, yoldaşlıq oyunu keçirtmək üçün Kiprə yollanacaqlarını təsdiqləyiblər”.
Qeyd edək ki, sabah Kiprdə keçirilməli olan Ukrayna – ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-a təyin olunub.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0