Ukrayna Belçikanı darmadağın etdi
19.03.2015 - 21:22
Ukrayna Belçikanı darmadağın etdi

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində növəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, final mərhələsinə qatılmaq iddiasında olan millimizin rəqibləri 2-ci görüşlərini keçirib.

 

Ukrayna yığması “Sərhədçi” Olimpiya Mərkəzində Belçika ilə qarşılaşıb. Matçda ukraynalı futzalçılar 9:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, ötən gün millimiz Belçika 3:1 hesabı ilə məğlub edib. Ukrayna isə Danimarkanı üstələyib – 5:2.