Ukrayna Futbol Federasiyası cəzalandırıldı
19.11.2014 - 21:39
Ukrayna Futbol Federasiyası cəzalandırıldı

UEFA İntizam Komitəsi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - Makedoniya matçındakı xoşagəlməz hadisələrlə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Ukrayna Futbol Federasiyasına 58 min avro məbləğində cərimə kəsib.  

 

Bundan başqa, ukraynalıların UEFA himayəsi altında keçirilən növbəti ev matçında ən azı 5 min tamaşaçı tutumuna malik olan sektoru bağlanılacaq.

 

Xatırladaq ki, “Lvov Arena”da reallaşan oyunun 81-ci dəqiqəsində azarkeşlər tribunalardan meydançaya yad əşyalar atdığı üçün qarşılaşma dayandırılıb. Həmçinin ukraynalı fanatlar irqçiliklə bağlı ifadələr işlədib, lazer göstəricisindən də istifadə ediblər. Ən pisi isə ondan ibarətdir ki, oyun zamanı tribunalarda alkoqollu içkilər satılıb.