Ukrayna klubları Rusiya çempionatında?
26.02.2014 - 17:03
Ukrayna klubları Rusiya çempionatında?

Ukraynada yaşanan siyasi hadisələr futboldan da yan ötməyib. Apasport.az saytının məlumatına görə, vəziyyətin qeyri-sabit olması Premyer Liqanın XIX turunun oyunlarının təxirə salınması ilə nəticələnib.

 

Çempionatın davamı bu həftə baş tutmalı olan “Matellurq” (Zaporojye) – “Qoverla” görüşü ilə start götürməli idi. Lakin indi yarışın martın 26-da davam etdirilməsi gözlənilir.

 

Ukraynadakı vəziyyətin yaxın zamanda sabitləşməsi inandırıcı olmadığından, bu ölkənin aparıcı klublarının Rusiya Premyer Liqasına üz tutacağına inananların sayı gündən-günə artır.

 

Tanınmış futbol agenti Vladimir Abramov bunun gerçəkləşməsi üçün rusların addım atmasını zəruri hesab edir: “Qan tökülüb, Ukraynadakı problemlər daha da qəlizləşib. Hər şeyin tezliklə sakitləşməsi ehtimalı çox azdır. İndiki durumda böyük ehtimala federasiya yaradılacağını görəcəyik. Bu isə hər vilayətə müstəqil qərarlar verməsi deməkdir. O cümlədən idmanla bağlı – hansı çempionatda oynamasına qərar verməsi mümkün olacaq”.

 

Rusiyanın Ukrayna inqilabdan istifadə edib, arxa plana düşən futbol klublarını ələ keçirməyə çalışacaq. Bunu o qədər də inandırıcı saymaq mümkün olmasa da, son illərdə geniş müzakirələrlə nəticələnən vahid çempionat ideyasını reallaşması üçün gözlənilməz imkan yaranıb.

 

Qeyd edək ki, baş verənlər Ukrayna yığmasının ABŞ-la yoxlama qoyununun keçirilməsinə də mane olub. Martın 5-də Xarkovda keçirilməli olan qarşılaşma təşkil olunmayacaq.