Ukrayna millisi Azərbaycanla oyun üçün Bakıya gələcək
16.01.2016 - 16:07
Ukrayna millisi Azərbaycanla oyun üçün Bakıya gələcək

Azərbaycan millisinin (U-17) yoxlama oyunu üçün növbəti rəqibləri məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Təbriz Həsənovun başçılıq etdiyi komanda Bakıda Rusiya və Ukraynanın 17 yaşadək futbolçulardan ibarət yığması ilə gücünü yoxlayacaq.

 

Yığmamız fevralın 23-də və 25-də şimal qonşularımızla, martın 1-də və 3-də isə Ukrayna millisi ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək bütün oyunlar saat 16:00-da başlayacaq.