Ukrayna millisi Bakıya 20 futbolçu ilə gəlir
10.09.2014 - 15:38
Ukrayna millisi Bakıya 20 futbolçu ilə gəlir

Ukraynanın 19 yaşadək qız futbolçularından ibarət yığmasının Bakıda keçiriləcək Avropa çempionatının seçə mərhələsinin qrup oyunları üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Natalya Zinçenko ölkəmizə 20 futbolçu gətirəcək.

 

Qapıçılar: Viktoriya Kislova (“Jilstroy-2”), Aleksandra Qriqoroviç (“Leqenda-ŞVSM”), Mariya Borş (M. Mamiaşvili adına UGİM);

 

Müdafiəçilər: Roksolona Kravçuk, Tatyana Levitska, Anastasiya Sirmay, Lyubov Moxnaç (hamısı “Jilstroy-2”), Svetlana Qritsenyuk (“Rodina-Litsey”), Stefaniya Matviişin (“Medik”);

 

Yarımmüdafiəçilər: Viktoriya Boyko, İrina Koça, Lidiya Laşko (hər üçü “Leqenda-ŞBSM”), Yuliya Motko, Veronika Andruxiv (hər ikisi “Jilstroy-2”), Viktoriya Xuda, Viktoriya Qolovaç (hər ikisi “Rodina-Litsey”), Anna Petrik (“İlyiçevka”);

 

Hücumçular: Kristina Perevozçik (“Leqenda-ŞVSM”), Tatyana Kozırenko (“Nadejda-Dnepr”), İrina Kolomiets (“Jilstroy-2”).

 

Qeyd edək ki, millimizin yer aldığı II qrupda Danimarka və Kipr yığmaları da mübarizə aparacaq. Yığmamız ilk görüşünü sentyabrın 13-də məhz Ukraynaya qarşı keçirəcək.