Daha bir ukraynalı futbolçu karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, “Zarya”nın müdafiəçisi Vitali Vernidub Azərbaycana köçməyin əleyhinə deyil.
28 yaşlı futbolçu iki ölkədən təklifi aldığını bildirib. Belə ki, o, Azərbaycan və Qazaxıstan klubları arasında seçim apardığını söyləyib. Lakin o, hansı klublarla danışıq apardığını deməyib.
Artıq üç ildən çoxdu “Zarya”nın şərəfini qoruyan Vernidub geridə qalan mövsümdə Ukrayna Premyer Liqasında 23 oyun keçirib, 2 qola imza atıb. Futbolçu ötən ilin noyabrında Litva ilə yoldaşlıq görüşündə Ukrayna millisinin heyətində debüt edib.