Ukraynalı futbolçu 4 illik cəzalandırıldı
15.05.2015 - 21:23
Ukraynanın “Metallist” klubunun futbolçusu Dmitri Antonov ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, futbolçu yasaqlı maddədən istifadəyə görə cəzalanıb.
Ukrayna birinciliyinin 15-ci turunun Kiyev “Dinamo”su ilə oyunundan sonra dopinq test verən Antonovun qanında qadağan olunmuş metandienon maddəsi aşkarlanıb.
Beynəlxalq anti-dopinq təşkilatı WADA və FİFA-nın qanunlarına görə futbolçu 4 il müddətinə yaşıl meydanlardan uzaqlaşdırılıb.
0
0