[b]Ukraynalı futbolçu Bakıda “yandı”[/b]
07.11.2014 - 14:26
[b]Ukraynalı futbolçu Bakıda “yandı”[/b]

“Qarabağ”la Bakıda keçirilən oyun Ukraynanın “Dnepr” klubuna baha başa gəlib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin IV turunun görüşündə 2:1 hesabı ilə qalib gələn Dnepropetrovsk təmsilçisi üçün aparıcı simasını itirməklə nəticələnib.

 

Belə ki, oyunun 30-cu dəqiqəsində sarı vərəqə alan Roman Zozulya cəzalı duruma düşüb. Qrup mərhələsində meydana çıxdığı hər 3 matçda xəbərdarlıq edilən ukraynalı “İnter”lə növbəti turun İtaliyadakı oyununu buraxacaq.

 

Qeyd edək ki, Zozulya təsnifat mərhələsi də nəzərə alınmaqla meydana çıxdığı ardıcıl 4 görüşdə sarı vərəqə ilə cəzalanıb.