Ukraynalı futbolçu üçün müdhiş iddia: “Liverpul” 7 milyon təklif edir
23.06.2015 - 19:11
Ukraynalı futbolçu üçün müdhiş iddia: “Liverpul” 7 milyon təklif edir

“Sevilya”ya keçidi barəsində məlumatlar yayılmış ukraynalı futbolçu Yevgeni Konoplyanka haqqında sürpriz iddia meydana çıxıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın məşhur “Marka” nəşri iddia edir ki, Konoplyanka son anda Avroliqanın qalibi ilə anlaşmanı poza bilər.

 

Buna səbəb isə “Liverpul”un onunla maraqlanmasıdı. İspaniyalı həmkarlarımız iddia edir ki, ingilislərin marağı, üstəlik daha çox pul təklif etməsi “Dnepr”in keçmiş futbolçusunun ağlını qarışdırıb.

 

Belə ki, “Sevilya” ilə illik 3.5 milyon avro qarşılığında anlaşmış Konoplyankaya mersisaydlılar 7 milyon təklif ediblər.

 

“Marka”ya inansaq, futbolçunun atası və agenti artıq danışıq üçün İngiltərəyə yollanıblar.