21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl AFFA-ya müraciət edərək Azərbaycanla bağlılığı olduğunu bildirdiyi üçün yığmamızın heyətində oynamaq istədiyini qeyd edən Maksim Demençuk düşərgəsində olduğu komandadan ayrılıb.
Düzdü, AFFA tərəfindən U-21-in təlim-məşq toplanışına baxış məqsədilə dəvət olunan futbolçu məşqçilər tərəfindən bəyənilib. Amma onun Azərbaycan milli komandasının şərəfini qorumaq üçün yetərli hüquqi sənədə malik olmadığı üzə çıxıb. Bu səbəbdən Demençuk toplanışdan kənarlaşdırılıb.
Qeyd edək ki son klubu “Bukovina” olan ukraynalı legioner mərkəz müdafiəçisi mövqeyində çıxış edir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı