“Federasiya məmurları müəyyən pul qarşılığında idmançılarımızın başqa ölkələrə getməsinə imkan verir. Burada hər hansı məbləğ təyin edilməyib. Bunun üçün bir formul düzəltmək lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın gənclər və idman naziri Dmitri Bulatov deyib.
İdmançılarının kütləvi surətdə başqa ölkələr tərəfindən milliləşdirilməsinə münasibət bildirən nazir olimpiya mükafatçısı İnna Osipenko-Radomskanın avarçəkmə üzrə Azərbaycan yığmasına keçidindən də danışıb: “Avarçəkənimiz vətəndaşlığını dəyişməyə doğru çoxdan gedirdi. 2012-ci ilin Olimpiadasından sonra yarışlarda iştirak etmirdi. Bununla da karantin dövrü keçirdi. İnna həyat yoldaşı ilə müqavilə imzalanmasını gözləyirdi. Amma KİV-ə açıqlamalarında iddia edirdi ki, Ukrayna ona pul vermir. Amma nə toplanışlardan, nə də mükafatlardan ona borcumuz var. Federasiyada toplantı keçirilib və onun buraxılmasına qərar verilib. Bu zaman 9 üzvdən yalnız 4-ü orada olub”.
Qeyd edək ki, Osipenkonun Olimpiya Oyunlarında bütün əyarlardan mükafatları var. Ukrayna millisində çıxış edən zaman İnna Afina-2004-də bürünc, Pekin-2008-də qızıl, London-2012-də gümüş qazanıb.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt