“Səlahət Ağayevin zədəsi var. Onun başında ağrılar var”. Apasport.az saytının məlumatına görə, bunu millimizin qapıçılarla işləyən məşqçisi olan Uli Ştayn deyib.
Almaniyalı məşqçi bu gün millimizin məşqçiləri – Berti Foqts, Volfqanq Rolff, Mahmud Qurbanov və Rauf Mehdiyevlə birgə Dubayda azərbaycanlı jurnalistlər önünə çıxıb. Ştayn “Qəbələ”nin üzvləri – Kamran Ağayev və Anar Nəzirovdan başqa, qapıçı çağırmamasına aydınlıq gətirib: “Aqil Məmmədovun bacısının həyat yoldaşı rəhmətə gedib. Andrey Popoviçin isə zədəsi var. Ona görə də bu qapıçıları özümüzlə Dubaya gətirməmək qərarına gəldik”.
Qeyd edək ki, millimiz sabah saat 19:00-da Filippin millisi ilə yoldaşlıq oyunu keçirəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”