Uolkott "Arsenal"la yeni müqavilə imzalayacaq
20.07.2015 - 15:35
“Arsenal” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Teo Uolkotta yeni müqavilə təklif edib. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi “topçular”la sözləşməsinin müddətini uzatmağa qarşı çıxmayıb.
Tərəflər yaxın günlərdə yeni müqaviləyə qol çəkəcəklər. Razılaşmaya əsasən, Uolkottun məvacibi artırılacaq.
Belə ki, həftədə 90 min funt-sterlinq qazanan ingilis futbolçu yeni müqaviləyə qol çəkəndən sonra 100 min funt-sterlinq həftəlik məvacib alacaq.
Qeyd edək ki, “Sauthempton”un yetirməsi olan Uolkott 2006-cı ildən “Arsenal”ın formasını geyinir.
0
0