Futbol üzrə Braziliyada keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, iyunun 20-də C qrupunun 1, D qrupunun isə 2 oyunu keçiriləcək.
Əvvəlcə hamının maraqla gözlədiyi Uruqvay – İngiltərə oyunu ilə yeni günə start verilib. Nə qədər qəribə səslənsə də, 2 dəfə dünya çempionu olmuş Cənubi Amerika təmsilçisi ilə 1 qat mundial qalibi olan Avropa yığması qrupun ilk oyununda yenilgi ilə üzləşib. Bunlardan Uruqvayın Kosta-Rikaya gözlənilməz məğlubiyyəti “La selesta”nın işini daha da çətinə salıb. Çünki Oskar Tabaresin yetirmələri DÇ-yə erkən vida etməmək üçün mütləq qələbə qazanmalıdır. Eyni sözlər İngiltərə millisinə də şamildir. Tərəflərin əvvəlki 10 görüşündə Uruqvay 4, İngiltərə isə 3 dəfə qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də Latın Amerikası yığması öndədir – 13:10. Bu dəfə də Uruqvay millisi daha üstün olub. Suaresin 2 qoluna ingilislər Runinin 1 qolu ilə cavab verə biliblər.
C qrupunun ikinci turunda da məğlublar üz-üzə gəlib - Yaponiya Yunanıstanla görüşəcək. Kolumbiya ilə görüşdə 0:3 hesabı ilə məğlub olsalar da, zəif təsir bağışlamayan yunanların asiyalılara qalib gələcəyi gözlənilirdi. Ancaq yunanların kapitanının qırmızı vərəqə alaraq oyunu tərk etməsi bütün planların üstündən xətt çəkib. Oyun 0:0 hesabı ilə başa çatıb
D qrupunun ikinci oyunu isə qaliblərin qarşılaşması olub. İtaliya ilə Kosta-Rikanın görüşündə qələbə qazanan tərəf 1/8 finala erkən vəsiqə qazanib. Bu, Kosta-Rika millisi olub. Cənubi Amerika təmsilçiləri adlı-sanlı İtaliyaya 1:0 hesabı ilə qalib gəliblər. Kosta-Rikanın qələbəsi həm də keçirdiyi hər iki oyunda məğlub olan İngiltərə yığmasının qrupda qalması deməkdir.
20 iyun
D qrupu
Uruqvay - İngiltərə - 2:1
Qollar: Suares, 39; 85 - Runi, 75
Hakim: Karlos Velasko Karbalyo (İspaniya)
San-Paulo. “Arena Korintians”
Uruqvay: Muslera, Qodin, Pereyra, Rodriqes, Suares, Himenes, Lodeyro, Rios, Qonsales, Kavani, Kakeras
İngiltərə: Hart, Conson, Beyns, Cerard, Keyxel, Jagielka, Starric, Runi, Uilbek, Anderson, Sterlinq
İtaliya – Kosta-Rika - 0:1
Qol: Ruis, 44
Hakim: Enrike Osses (Çili)
Resifi. “Arena Pernambuko”
İtaliya: Buffon, Çellini, Darmian, Motta, Kandreva, Abate, Marçisio, Balotelli, Barzagli, Rossi, Pirlo
Kosta-Rika: Navas, Qonzales, Umana, Borges, Duarte, Bolanos, Kempbell, Ruis, Dias, Gamboa, Tjeda
Kosta-Rika |
2 |
2 |
0 |
0 |
4-1 |
6 |
İtaliya |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
Uruqvay |
2 |
1 |
0 |
1 |
3-4 |
3 |
İngiltərə |
2 |
0 |
0 |
2 |
2-4 |
0 |
C qrupu
Yaponiya – Yunanıstan - 0:0
Qırmızı vərəqə: Katsouranis, 38
Hakim: Xoel Aqilar (Salvador)
Natal. “Arena das Dunas”
Yaponiya: Kavaşima, Uchida, Honda, Nagatomo, Okazaki, Okubo, Konno, Yamaguchi, Hasebe, Osako, Yoşida
Yunanıstan: Karnezis, Maniatis, Manolas, Samaras, Kone, Mitroglou, Torosidis, Fetfazidis, Sokratis, Cholevas, Katsouranis
Kolumbiya |
2 |
2 |
0 |
0 |
5-1 |
6 |
Kot-dİvuar |
2 |
1 |
0 |
1 |
3-3 |
3 |
Yaponiya |
2 |
0 |
1 |
1 |
1-2 |
1 |
Yunanıstan |
2 |
0 |
1 |
1 |
0-3 |
1 |