“Mançester Yunayted”in ispaniyalı qapıçısı Viktor Valdes karyerasını Meksikada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Krus Asul” klubu 34 yaşlı qolkiperin xidmətində maraqlıdı.
“Barselona”dan ayrıldıqdan sonra karyerasında eniş müşahidə olunan Valdes “Mançester Yunayted”də heyət üzü görmür. Bu səbəbdən təcrübəli qolkiper komandası ilə yolları ayırmaq niyyətindədi.
“Mançester Yunayted” rəhbərliyi də Valdeslə vidalaşmağa razıdı. Futbolçunun “mankunianlar”la 2017-ci ilin yayına qədər sözləşməsi olsa da, ingilislər onunla əməkdaşlığa vaxtından əvvəl son qoymaq istəyirlər.
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı