Hollandiyanın “Ayaks” klubu köhnə futbolçusu Rafael Van Der Vaartı yenidən heyətində görməkdə maraqlıdır. Apasport.az saytının məlumatına görə, “Hamburq”la müqaviləsi mövsümün sonunda bitəcək olan futbolçu azad agent statusu alacaq.
Niderland mətbuatının iddiasına inansaq, “Ayaks” 32 yaşlı futbolçuya 1 illik müqavilə təklif edir. Hollandiya yığmasının yarımmüdafiəçisi isə daha uzun müddətli anlaşma istədiyi üçün tərəflər hələ ki razılığa gələ bilmirlər.
Ancaq “Ayaks”ın gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq olması klubun üstünlüyü kimi nəzərə alınır.
Xatırladaq ki, 109 dəfə Hollandiya milli komandasının formasını geyinmiş futbolçu ilə Türkiyənin “Trabzonspor” və “Kasımpaşaspor” klublarının da maraqlandığı deyilir.