Van Qal onu əsas komandadan uzaqlaşdırdı
09.04.2015 - 23:05
Van Qal onu əsas komandadan uzaqlaşdırdı

“Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal bu dəfə gənc futbolçunu komandanın U 21-dəki heyətinə göndərib. Apasport.az saytının “Fanatik”ə istinadən verdiyi məlumata görə, holland çalışdırıcı Adnan Yanuzayın köməyindən yararlanmaqda maraqlı deyil.  

 

Halbuki, belçikalı, ötən mövsüm baxımlı oyunu ilə göz oxşayıb. Gənc futbolçudan öncə Radamel Falkao da U 21-ə göndərilib. 

 

Qeyd edək ki, Yanuzay builki mövsüm “qırmızı şeytanlar”ın heyətində 16 matça çıxıb, amma bir dəfə olsun fərqlənə bilməyib.