Vaqif Cavadov 3 dəqiqə oynadı, komandası 1 xal qazandı
30.04.2015 - 08:00
Vaqif Cavadov 3 dəqiqə oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov Türkiyə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, I liqada çıxış edən “Boluspor”un “Antalyaspor”la səfər matçında iştirak edib.

 

Yarımmüdafiəçimiz XXX turun qarşılaşmasının 87-ci dəqiqəsində meydana çıxıb.  Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, 30 oyunda 36 xal toplayan Bolu təmsilçisi 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.