Türkiyə PTT I liqasında XI turun görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə millimizin futbolçuları - Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" “Samsunspor”un qonağı olub.
Görüş təmsilçilərimizin komandasının böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1. Lakin qarşılaşmada Budak 89 dəqiqə forma geyindi halda, digər futbolçularımız meydana çıxmayıblar. Cavadov “18-lik”də yer alaraq, matçı ehtiyat oyunçular skamyasından izləyib, Hacıyevin adı isə heç sifariş ərizəsinə də salınmayıb.
Qeyd edək ki, qələbə sayəsində xalını 11-ə çatdıran "Qaziantep BB" müvəqqəti də olsa, 12-ci yerə yüksəlib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı