Vaqif Sadıqov: 6-cı dəfədir ki...
28.02.2014 - 21:44
Vaqif Sadıqov: 6-cı dəfədir ki...

“Çox danışmaq istəmirəm. Futbolda belə oyunlar da olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

 

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXIV turunun “Rəvan”la səfər oyunundakı 1:0 hesablı məğlubiyyəti dəyərləndirib: “Qapıçımız bir dəfə də olsun topun dalınca uzanmadı, amma məğlub olduq. Oyunumuzda olan səhvlərimizi düzəltməliyik. “Rəvan”ı qələbə münasibətilə təbrik edirəm. Sona kimi mübarizə aparıb, qələbə qazandılar. Əsas heyətimizdən 3 futbolçu yox idi, onlara bu gün ikisi də əlavə olundu. Gözlənilməyən nəticə oldu. Oyuna bir daha təkrar baxmaq lazımdır. 6-cı dəfədir ki layiq olmadığımız məğlubiyyəti alırıq”.

 

Sadıqov qapıçısı Kamal Bayramovun çıxışından da razı qaldığını bildirib: “Kamal Bayramovun oyununu qeyd etməliyəm. O, Sapelanı layiqincə əvəz etdi”. 

 

Mənbə: pfl.az