“Rəvan”ın “Qəbələ” ilə səfər oyununa baxdım. Deyə bilərəm ki, bu komandanın heyətində yer alan hər bir futbolçu nə etdiyini bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-n baş məşqçisi Vaqif Sadıqov deyib.
AZAL bu gün Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Rəvan”ın qonağı olacaq. Oyun ərəfəsində klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis bunları söyləyib:
“Görünür ki, yaxşı formalaşmış komandaya qarşı mübarizə aparacağıq. Bizi çox ağır oyun gözləyir. Bu oyuna ciddi hazırlaşırıq. Düzdür, heyətdə itkilər var. Şemonayev cəza, Xuan və Samuel Barlay isə zədə səbəbindən oynamayacaqlar. Bütün bunlara rəğmən, qələbə üçün meydançaya çıxacağıq”.
Qeyd edək ki, “Bayıl Arena”da keçiriləcək “Rəvan” – AZAL görüşü saat 19:00-da başlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”