Öz ölkəsinin milli komandaya daha çox təyinat alan avropalı məşqçilərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rumıniya milli komandasının baş məşqçisi təyin olunan Anhel Yordaneskunun karyerasında 3-cü dəfə bu posta gəlməsi UEFA-nın araşdırmalara sövq edib.
Nəticədə məlum olub ki, rumıniyalı Avropa rekordundan xeyli geridədir. Yordanesku yalnız Azərbaycan rekordu ilə bərabərləşə bilib. Ölkəmizin yığmasına isə ən çox təyinat alan Vaqif Sadıqovdu. O, 1997-99, 2002 və 2005-ci illərdə millimizdə çalışıb. 1993-98 və 2002-04-cü illərdə Rumıniyaya başçılıq edən Yordanesku da Azərbaycan yığması üçün tanış simadı. Komandamızın seçmə mərhələlərdəki debütü – AVRO-1996-nın ilk matçı məhz onun rəhbərlik etdiyi Rumıniyaya qarşı olmuşdu. Komandamız Buxarestdə 0:3 hesabı ilə uduzmuşdu.
UEFA-nın siyahısına isə yalnız 4 və daha çox təyinat alanlar düşüb. Bunun üçün Sadıqovun yenidən milliyə qayıtması lazımdı. Bu baş versə, onun adı əfsanələrlə bir sıraya düşəcəkdi.
Avropa rekordu isə bolqarlara məxsusdu. Stoyan Ormanciyev 10, Xristo Mladenov 7 dəfə yığmanın “sükanı arxasına” keçib. İslandiyalı Karl Qudmundsson 5 dəfə belə təyinat alıb. UEFA-nın siyahısında yığmasına 4 dəfə baş məşqçi təyin olunanlar - italiya Vittiro Pottso, hollandiyalı Rinus Mihels, rumıniyalılar Emerix Foql, Valentin Stanesku, Ancelo Nikulesku, Albaniyalı Loro Boriçi, bolqarıstanlı İvan Radoyev, SSRİ millisində çalışan Nikiya Simonyan, SSRİ və Ukraynada işləmiş Valeri Lobanovski də yer alıb.