“Mançester Yunayted”in uruqvaylı futbolçusu Gilyermo Varela karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Torino” 20 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Danilo D'Ambrosionu “İnter”ə satan “buğalar” onun yerini Varela ilə doldurmaq istəyir. İngilis klubu gənc futbolçusunu icarə əsasında klubdan göndərmək istəsə də, italyanlar onu müqaviləsi ilə birgə almaq fikrindədir.
Qeyd edək ki, Uruqvay millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Varela ötən il ölkəsinin “Penyarol” klubundan “qırmızı-şeytanlar”a transfer olunub.