Vengeri Klopp əvəz edəcək
20.04.2015 - 17:49
Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp yayda İngiltərəyə köçə bilər. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı “Arsenal”ın “sükanı arxası”na keçməyə bir nömrəli namizəddi.
London klubunun rəhbərliyi hazırkı baş məşqçi Arsen Vengeri başqa vəzifəyə gətirməyi düşünür.
“Topçular” indidən Klopp ilə danışıqları gücləndiriblər. Almaniyalının bu təklifə “yox” deyəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, Klopp bir müddət öncə açıqlamasında mövsümün sonunda “Borussiya”nı tərk edəcəyini açıqlamışdı. Bu mənada, onun “Arsenal”a gətiriləcəyi inandırıcı görünür.
0
0