Bu gün Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Marko Verratti də AVRO-2016-nın seçmə mərhələsinin Palermodakı görüşündə forma geyə bilməyəcək. Bunu İtaliya Futbol Federasiyasının həkimi Enriko Kastellatsi də açıqlayıb.
O bildirib ki, yarımmüdafiəçi zədədən sonra tam bərpa olunmadığından ən yaxşı halda Malta ilə görüşə çıxacaq. Verratti millimizlə görüşü buraxacaq Tyaqo Motta və Pablo Osvaldoya qoşulub. Corco Kyellininin qarşılaşmadakı iştirakı isə sual altındadır.
Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.