“Sevilya”nın universal yarımmüdafiəçisi Aleyks Vidal “Barselona”ya keçir. Apasport.az saytının ispan mətbuatına istinadən verdiyi məlumata görə, oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Transfer haqqında Çempionlar Liqası finalından sonra rəsmi açıqlama veriləcək. Ancaq ispaniyalı həmkarlarımız bəzi detalları əldə edə biliblər.
Belə ki, qeyri-rəsmi məlumatlara görə, bu keçid katalonlara 10 milyon avroya başa gəlib. Vidal isə yeni komandasının heyətində ən yaxşı halda 2016-cı ilin yanvarında, FİFA-nın katalonlara qoyduğu transfer qadağasının müddəti başa çatandan sonra debüt edə biləcək. O vaxta qədər isə futboçu heç bir kluba icarəyə verilməyəcək, komanda ilə birilkdə məşq edəcək.