“Xəzər Lənkəran”ın mərkəz yarımmüdafiəçisi Alfred Sanko və “Neftçi”nin üzvü Julius Vobayın çıxış etdiyi Syerra-Leone yığması Afrika Millətlər kubokunun seçmə mərhələ çərçivəsində Konqo Demokratik Respublikasının (DR) yığması ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Konqo DR-nın Lubumbaşi şəhərində keçirilən görüşdə meydan sahibləri qələbə qazanıb – 2:0.
Konqolular hər iki qolu fasilədən sonra vurub. Sanko və Vonay bu görüşdə zədəli olduğu üçün meydana çıxmayıb.
Qeyd edək ki, Syerra-Leone bundan öncə Kot-dİvuarla qarşılaşmış və 1:2 hesabı ilə məğlub olmuşdu. Həmin matçda Sanko start “11-liy”ində yer almış, ancaq 47-ci dəqiqədə zədələndiyi üçün əvəzləmişdi. Vobay isə fasilədən sonra meydana çıxmışdı.
D qrupunda keçirdiyi hər iki oyunda uduzan Syerra-Leone 4 komanda arasında sonuncu pillədə qərarlaşıb. Onlar növbəti qarşılaşmasını oktyabrın 10-11-də Kamerun millisini qəbul edəcək.