"Azərbaycan çox çətin qrupa düşüb"
04.03.2014 - 19:17
"Azərbaycan çox çətin qrupa düşüb"

“Komandada atmosfer çox gözəldir. Hər şeydən çox razıyam”. Apasport.az saytının məlumatına görə, bunu millimizin yeni məşqçisi Volfqanq Rolff deyib.

Rolff yeni işində ilk sınağını sabah Filippin millisinə qarşı verəcək. O bu gün keçirilən mətbuat konfransında bunları deyib: “Qərbi Almaniya yığmasında Foqtsun rəhbərliyi altında olmuşam. Onda o, köməkçi məşqçi idi. Komanda çox həvəslə çalışır. Avropa çempionatının seçmə mərhələsinə gəlincə, çox çətin qrupa düşmüşük. Amma biz sonadək mübarizə aparacağıq. Çalışıb final mərhələsinə vəsiqə qazanacağıq”.