Vyetnam millisi Azərbaycana rəqib oldu
28.02.2014 - 14:08
Futzal üzrə Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqiblərinin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesionun yetirmələrinin bu ilin aprelində Özbəkistanda çıxış edəcəyi yarışa daha 2 komanda dəvət alıb.
Belə ki, Vyetnam və Yaponiya milliləri də Daşkənddə təşkil olunacaq turnirin iştirakçıları sırasına qoşulub. Bunadək yarışda yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan və İran millilərinin də çıxış edəcəyi gözlənilirdi. Bununla da qalib adı uğrunda mübarizə aparacaq komandaların sayı 6-ya çatıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0