“Neftçi” rəsmiləri ilə görüşmüşük. Lakin həm həmin vaxt Ramin Musayev orada olmayıb”. Bu sözləri apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Topaz Premyer Liqasının sonuncu – XXIV turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzan “Neftçi” klubunun rəsmiləri oyundan sonra AFFA-nın mənzil-qərargahına yollanaraq, hakimliklə bağlı şikayətlərini çatdırıblar. Məmmədov bildirib ki, həmin matçı idarə edən Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasından narazı qalan paytaxt klubunun nümayəndələri ilə şəxsən görüşüb: “Neftçi”nin vitse-prezidentinin fikirləri ilə tanışam. O, mətbuata açıqlamasında bəzi məqamları təhrif edib. Bu görüş Peşəkar Futbol Liqasının prezidentinin kabinetində olmayıb. Ümumiyyətlə, həmin görüşdə Ramin Musayev iştirak etməyib. Səhvlərə gəlincə, bəli, səhvlər var. Özü də, biz bu səhvləri “Neftçi” nümayəndələri gəlmədən öncə müəyyənləşdirmişdik. Hakimlərin konkret hansı epizodlarda səhv qərar verdiklərini söyləmək istəmirəm. Amma hər iki komandanın əleyhinə düzgün olmayan qərarlar olub. Bircə onu deyə bilərəm ki, “Qarabağ”ın futbolçusu Riçard Almeyda rəqib oyunçu Ernest Nfora qarşı kobud oynadığı epizodda meydandan qovulmalı idi”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”