Xerardo Martino qovuldu!
26.02.2014 - 17:29
Xerardo Martino qovuldu!

İspaniya Futbol Federasiyanın İntizam Komitəsi La Liqanın son qalibi «Barselona»nın baş məşqçisi Xerardo Martinonu cəzalandırıb. Apasport.az xəbər verir ki, hazırda 60 xalla Primerada ikinci pillədə qərarlaşan katalonların argentinalı çalışdırıcısının ötən tur «Real Sosyedad»la (3:1) görüşün fasiləsində etdiyi qeyri-etik hərəkət diqqətdən yayınmayıb.

 

San-sebastyanlılarla səfərdəki matçın ikinci hissəsində meydandan qovulan Kataloniya klubunun baş məşqçisi növbəti turu da kənardan izləyəcək.
 

Martın 2-də «Nou Kamp»da «Almeriya»nı qəbul edəcək meydan sahibləri Martinonun xidmətindən istifadə edə bilməyəcəklər və maraqlıdı, İFF açıqlayıb ki, klub cəza ilə bağlı Apellyasiya şikayəti verə bilməz. Çünki istənilən halda, şikayətə baxılmayacaq.