Yaşar Seyidov: Onun “Bakı”dan ayrılması özündən asılıdır
13.09.2014 - 14:08
Yaşar Seyidov: Onun “Bakı”dan ayrılması özündən asılıdır

 

“Aqil Məmmədov komandadan ayrılıb. O bizə “Bakı”dan getmək istədiyini bildirdi”. Bunu apasport.az saytına “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.

 

“Bakı”nı daha bir futbolçu tərk edib. Bu, “Bakı”nın kapitanı Aqil Məmmədovdur.

 

Seyidov Məmmədovun komandanın “Sumqayıt”la oyununun hazırlıqlarında iştirak etmədiyini təsdiqləyib: “O, “Bakı”dakı son məsələlərə görə komandadan getmək istəyini açıqlayıb. Baxmayaraq ki, yaya kimi bizimlə müqaviləsi var, onun getməsinə problem yaratmayacağıq. Dünənki məşqdə iştirak etməyib. O, “Bakı”nın yetirməsidir, futbolu bu klubda öyrənib. Hər şey onun özündən asılıdır. Əgər yetirməsi olduğu klubu tərk etmək istəyirsə, problem yoxdur”.

 

“Bakı” rəsmisi Cəmşid Məhərrəmovun sabiq klubuna qayıtmasından da danışıb: “Cəmşid bizə komandamızda oynamaq istədiyini bildirdi. Biz də sabiq kapitanımıza hörmət əlaməti olaraq ona məşqlərimizdə iştirak etməyə razılıq verdik. 2 gündür ki, bizimlə birgədir. Artıq onunla 1 illik müqavilə razılaşdırılıb”.

 

Qeyd edək ki, millimizin sabiq futbolçusu olan Cəmşid Məhərrəmov 2007-2013-cü illərdə “Bakı”da çıxış edib. O, bir müddət “zolaqlılar”da kapitan funksiyasını da icra edib.

 

Səbuhi TOFİQOĞLU