[b]Yaya Ture "Mançester Siti"ni tərk edir[/b]
04.05.2018 - 17:31
“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture komandadan ayrılır. Apasport.az saytının “şəhərlilər”in tvitter hesabına istinadən məlumatına görə, baş məşqçi Pep Qvardiola bu barədə danışıb.
"Yaya Ture mövsümün sonunda klubu tərk edir. "Brayton"la görüşdə Yaya üçün qələbə qazanmağa çalışacağıq. O, klub hələ yolun başında ikən bura gəlmişdi. İndi gəldiyimiz yerə görə ona minnətdarıq. Yaya Ture bizim önəmli oyunçularımızdan biri idi" - deyə, Qvardiola qeyd edib.
Qeyd edək ki, Yaya Ture 2010-cu ildən "Mançester Siti"də çıxış edir.
0
0