Yenə “4”
19.11.2014 - 10:25
Yenə “4”

Naxçıvanın “Araz” klubu futzal üzrə UEFA kubokunda ardıcıl 3 oyundur 4 top buraxır. Apasport.az saytının məlumatına görə, Slovakiyanın “Slov-Matik” klubu ilə elit-raundun ilk turunun matçında 3:4 hesabı ilə uduzan təmsilçimiz bundan əvvəlki iki görüşündə də eyni sayda qola üzülmüşdü.

 

Ötən mövsüm “Dördlər finalı”nda “Barselona” (İspaniya) ilə 4:4 hesablı heç-heçə edib. Penaltilər seriyasında uduzan komandamız “Kayrat”ı (Qazaxıstan) 6:4 hesabı ilə yenmişdi. Bu dəfə də qapısında 4 qol görən “Araz”ın öz məhsuldarlığı isə aşağı düşüb.

 

Son 5 oyunda 4 və daha çox qol vuran çempionumuz bu dəfə 3 qolla kifayətlənib. Naxçıvanlılar sonuncu dəfə “Tırqu Mureş”lə (Rumıniya) heç-heçə (3:3) edəndə az fərqlənmişdi.