[b]Yenə “İnter”[/b]
15.10.2016 - 19:11
“Qəbələ”nin qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 dəfə qalib gəlməklə, mövsümün rekordunu müəyyənləşdirən əyalət klubu Topaz Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə xal itkisinə üzülüb.
1:1 hesabı ilə nəticələnən matçadək “qırmızı-qaralar”ın son xal itkisi 64 gün öncəyə təsadüf etmişdi. Qəbələlilər avqustun 12-də “İnter”lə ev matçında heç-heçəylə kifayətlənmişdi – 0:0.
Çempionatın liderinin mövsümdə ikinci xal itkisi də “bankirlər”in hesabına yazılıb.
0
0