Yevgeni Konoplyanka: Problemlər var
23.10.2014 - 09:23
Yevgeni Konoplyanka: Problemlər var

“Bizi “Qarabağ”la çətin qarşılaşma gözləyir. Qələbə qazanmağa çalışacağıq”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr”in futbolçusu Yevgeni Konoplyanka deyib.

 

Avroliqanın qrup mərhələsinin III turunda bu gün “Qarabağ”I qəbul edəcək Dnepropetrovsk təmsilçisinin yarımmüdafiəçisi qarşılaşma haqqında fikirlərini açıqlayıb. O bildirib ki, uğurla başladıqları mövsümü uğurla da bitirmək arzusundadırlar: “Daxili çempionatda hələ ki, məğlub olmamışıq. Uğurlu seriyanı Avroliqada da davam etdirməliyik. Heyətdə bəzi problemlər var. Məsələn, Roman Zozulyanın zədəli olması bizim üçün böyük itkidir. Amma əlimizdən gələni edib onun yoxluğunu unutdurmalıyıq. Bizi maraqlı və gərgin qarşılaşma gözləyir”.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Qarşılaşma Kiyevdəki Olimpiya milli idman kompleksinin stadionunda keçiriləcək. 

0