Yığma komandanın yeni baş məşqçisinın adı açıqlandı
07.10.2015 - 11:11
Yığma komandanın yeni baş məşqçisinın adı açıqlandı

Meksiya yığmasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, yerli futbol federasiyası millini Xuan Karlos Osoioya tapşırıb.

 

Federasiyadan təklif alana qədər “Sao-Paulo” klubunu çalışdıran 54 yaşlı mütəxəssis artıq Braziliya klubu ilə yollarını ayırıb. Osorio bu seçimində pulun heç bir rol oynamadığını söyləyib: “Ailəmlə məsləhətləşdikdən sonra Meksika yığmasının “sükanı” arxasına keçməyi qərara aldım. Çünki dünya çempionatında iştirak etmək istəyirəm”.

 

Qeyd edək ki, Osoriodan əvvəl Meksika Futbol Federasiyası Dortmund "Borussiya"sının sabiq çalışdırıcısı Yurgen Kloppa təklif göndərmişdi. Lakin “Liverpul”la ilkin razılığa gələn almaniyalı məşqçi Amerika təmsilçisinə “yox” cavabını vermişdi. 

0