19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq hazırlıqlar yanvarın 10-dan 17-dək davam edəcək.
Hazırlıq prosesi çərçivəsində yığmamızın yanvarın 12-də “İnter”, 14-də “Sumqayıt” və 17-də isə “Neftçi” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Toplanışa 24 oyunçu çağırılıb: Turqay İbrahimov (“Araz Naxçıvan”), Əsgər Hüseynov, Orxan Ələkbərov, Fuad Bayramov, Cavid Hümbətli (hamısı AZAL), Şahin Quluzadə (“Bakı”), Hafiz Məmmədli, Əli Əliyev (hər ikisi “Xəzər Lənkəran”), İsmayıl Muradov,
Akşin Quliyev, Emin Quliyev (hamısı “İnter”), Elcan Rəhimov (“Kəpəz”), Nəbi Məmmədov (“Mil-Muğan”), Ömər Buludov, Xəyal Tomarov (hər ikisi “Neftçi”), Akşin Şahmalıyev, Elvin Yunisov, Murad Məmmədxanov, Xalid İbrahimov, Vüsal Buludlu (hamısı “Sumqayıt”), Murad Hüseynov, Ümid Şükürlü, Tural Bayramlı, Elçin Əliyev (hamısı “Zirə”).