Yığmada istefa
14.10.2014 - 17:31
Belarus millisində baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Georgi Kondratyev postundan ayrılıb.
Çalışdırıcı Belarus Futbol Federasiyasının prezidenti Sergey Rumasla görüşüb. Onlar yığmanın AVRO-2016-nın seçmə mərhələsindəki uğursuz çıxışını müzakirə edib.
Nəticədə müqavilənin qarşılıqlı şəkildə pozulmasına qərar verilib. Rumas Kondratyevə fəaliyyətinə görə təşəkkür edib.
Qeyd edək ki, seçmə mərhələnin ilk oyununda Lüksemburqla ilk oyununda heç-heçə edən (1:1) belaruslular bu ay Ukrayna (0:2) və Slovakiya (1:3) ilə ev oyunlarında uduzub.
0
0