Yığmamız ABŞ-da hansı milli ilə qarşılaşacaq?
14.03.2014 - 13:19
Yığmamız ABŞ-da hansı milli ilə qarşılaşacaq?

Azərbaycan millisinin yoldaşlıq oyunundakı potensial rəqiblərinin ilkin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, San-Fransiskoya yollanacaq komandamız mayın 27-də ABŞ-la üz-üzə gələcək.

 

Yığmamız bundan sonra daha 1 matçda qüvvəsini sınamaq fikrindədir. Lakin həmin rəqib hələlik bəlli deyil.

 

Həmin vaxt yığmamız kimi okeanın o tayında olacaq komandaları potensial rəqib saymaq olar. Çünki Foqts yetirmələrini məhz bu millilərdən biri ilə görüşdə sınayacaq.

 

Serbiya, Yamayka, Honduras, Türkiyə, Meksika, Ekvador, Fil Dişi Sahili, Bosniya və Herseqovina, Yunanıstan, Nigeriya, İsrail, Salvador, İngiltərə, Portuqaliya, Boliviya, İspaniya və İrlandiya yığmalarının ABŞ-da keçirəcəyi oyunların siyahısı artıq dəqiqləşib. Bu isə onların həmin vaxt okeanın o tayında toplanış keçəcəyindən xəbər verir. Lakin bu siyahı daha da genişlənə bilər.

 

Rusiya və bir neçə başqa komandanın da planlarında ABŞ səfəri var. Üstəlik, Cənubi və Şimali Amerikanın təmsilçiləri də istənilən vaxt yaxın ərazidə oyuna çıxa bilərlər.