Yığmamız almanlara 2 qol vurdu
16.10.2014 - 12:54
Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız “Frankfurt” klubunun U-19 komandası ilə görüşüb.
Bu oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Benhur Kama və Bəhlul Mustafazadə vurub.
0
0