Kiprdə keçirilən qadınlar arasında “Afrodita kuboku”nda qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin mübarizə apardığı B qrupunda Malta ilə Bəhreyn üz-üzə gəlib.
Bu matçda qalib müəyyənləşməyib – 1:1. Bu nəticədən sonra Kiprdə 0:1 hesabı ilə uduzan Patrisya Qonzalesin yetirmələri qrupda 3-cü olub. A qrupunun liderləri Yunanıstanla Latviyanın oyununda Ellada təmsilçisi darmadağına sevinib – 4:1. BƏƏ isə Livan üzərində 3:0 hesablı qələbə qazanıb və 3-cü yeri tutub.
Bu nəticələrdən sonra martın 18-də baş tutacaq həlledici oyunlarda üz-üzə gələcək cütlər bəlli olub. 1-ci yer uğrunda Yunanıstanla Kipr, 3-cü yer üçün isə Latviya ilə Malta qarşılaşacaq. Yığmamız 5-ci yer uğrunda görüşdə BƏƏ-ni sınağa çəkəcək. Autsayderlərin duelində isə Bəhreynlə Livan münasibətlərinə aydınlıq gətirəcək.
A qrupu
|
1 |
Yunanıstan |
3 |
3 |
0 |
0 |
25-1 |
9 |
|
2 |
Latviya |
3 |
2 |
0 |
1 |
9-4 |
6 |
|
3 |
BƏƏ |
3 |
1 |
0 |
2 |
3-9 |
3 |
|
4 |
Livan |
3 |
0 |
0 |
3 |
0-23 |
0 |
B qrupu
|
1 |
Kipr |
3 |
3 |
0 |
0 |
4-1 |
9 |
|
2 |
Malta |
3 |
1 |
1 |
1 |
4-4 |
4 |
|
3 |
Azərbaycan |
3 |
1 |
0 |
2 |
5-3 |
3 |
|
4 |
Bəhreyn |
3 |
0 |
1 |
2 |
1-6 |
0 |