Yığmamız Danimarkada qələbə qazandı
13.06.2015 - 07:53
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Danimarkada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz yerli “Nordsyelland” klubunun 19 yaşlılardan ibarət komandası qarşılaşıb.
Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Vadim Ağarəhimov vurub.
0
0