Yığmamız Dubaya 18 futbolçu ilə gedəcək
12.09.2014 - 11:48
Yığmamız Dubaya 18 futbolçu ilə gedəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Nikolay Adam Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək turnirə aparacağı heyəti müəyyənləşdirib.

 

Almaniyalı mütəxəssis turnirdə 18 futbolçuya güvənəcək: Ağaseyid Qasımov (“Qarabağ”), Nurlan Quluzadə, Fəhmin Muradbəyli, Mirkamil Həşimli (hamısı “Neftçi”), Yusup Xakimov, Təyyar Məmmədov (hər ikisi “Bakı”), İlyas Səfərzadə, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Eltun Xudadatov, Yusif Nəbiyev, Bəhlul Mustafazadə, Emin Zamanov, Qismət Əliyev (hamısı “Qəbələ”), Mansur Nahavəndi (“İnter”), Anar Həsənov (“Rəvan”), Budaq Nəsirov (“Araz-Naxçıvan”), Mahir Mədətov (“Lans”, Fransa), Vadim Ağarəhimov (“Zenit”, Rusiya).

 

Qeyd edək ki, millimiz sentyabrın 14-20-də keçiriləcək turnirdə Qətər, BƏƏ və Albaniya ilə qarşılaşacaq.