Yığmamız Finlandiya ilə qarşılaşacaq
05.03.2014 - 09:00
Yığmamız Finlandiya ilə qarşılaşacaq

Gənc futbolçular arasında keçirilən Latviya Futbol Federasiyasının kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, olimpiya sistemi ilə keçirilən turnirin ilk oyun günü Latviya – Finlandiya matçı ilə yekunlaşıb.

 

İki cavabsız qol vuran meydan sahibləri sabah keçiriləcək final matçına vəsiqə qazanıb. Burada Latviyanın rəqibi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına qalib gələn Ukrayna olacaq.

 

İlk qarşılaşmasında 1:3 hesabı ilə uduzan millimiz isə 3-cü yer uğrunda matçda Finlandiya ilə görüşəcək. Sabah baş tutacaq oyun Bakı vaxtı saat 13:00-da başlayacaq.