Yığmamız gözləyir, Slovakiya qalib gəlir
10.11.2014 - 17:50
Yığmamız gözləyir, Slovakiya qalib gəlir

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində 4-cü qrupun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da mübarizə apardığı Macarıstandakı turnirin ilk oyunu başa çatıb.

 

Günün ilk qarşılaşmasında Sloveniya və Slovakiya yığmaları qarşılaşıb. Millimizin rəqiblərinin matçında 3 qol vurulub. 41 və 65-ci dəqiqədə fərqlənən Tomas Vesterniçkinin dublu slovakiyalılara 2:1 hesablı qələbə qazandırıb. Alen Ojboltun 58-ci dəqiqədəki qolu siə balkanlılara xal qazandırmayıb.

 

Qeyd edək ki, Azərbaycan millisi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçda Macarıstanla qarşılaşacaq.