Yığmamız Gürcüstanla bacarmadı
13.06.2015 - 07:43
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanda təlim-məşq toplanışında olan millimiz bu ölkənin müvafiq yaş qrupundan olan yığması ilə qarşılaşıb.
Komandamız bu görüşdə məğlub olub. Belə ki, meydan sahibləri 2 cavabsız qol vurmağı bacarıb.
0
0