Yığmamız ilk qələbəsini qazandı
22.04.2015 - 19:19
Azərbaycanın futzal üzrə milli komandası Moldovanın Kişinyov şəhərində keçirilən beynəlxalq turnirdə qələbə qazanıb. Apasport. az saytının məlumatına görə, millimiz Rumıniyanın regional yığmasını 6:3 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, bu komandamızın yarışda ilk qarşılaşması olub.
Mənbə: AFFA
0
0